İyun 17, 2025-14:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım olacaq

2024:04:19 - 16:26
in İQTİSADİYYAT
A A

Azərbaycanda şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım olacaq.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AZCHEMCO” şirkəti arasında memorandumun imzalanma mərasimində bildirilib.

Memorandum şoran torpaqların əkin üçün yararlı hala salınması prosesinə başlanılması ilə bağlı imzalanıb.

Tədbirdə çıxış edən nazirliyin nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov qeyd edib ki, həyata keçiriləcək birgə layihənin məqsədi şoranlaşmış torpaqların yararlı hala gətirilməsi, məhsuldarlığın təmin edilməsidir: “Nazirliyin müvafiq qurumlarının nəzarəti ilə xüsusi maddələr istifadə olunmaqla şoran torpaqlar əkin-biçin üçün yararlı vəziyyətə gətiriləcək. Layihənin uğurlu olması bu təcrübənin artıq geniş tətbiqinə nail ola bilərik”.

Layihəni təqdim edən “AZCHEMCO” MMC-nin direktoru Ruslan Akçurin bildirib ki, dünyada 424 milyon hektar torpağın üst qatı – təxmini 30 santimetrə qədərki qalınlıqda hissəsi şorandır:

“Qrunt suları torpağı duzlarla çirkləndirdiyinə görə şoranlaşır və bu, kənd təsərrüfatına yararlı torpaqlara da təsir göstərir. Həyata keçirəcəyimiz layihə çərçivəsində xüsusi hazırlanan məhlul sayəsində torpaqların şoranlığı alınır, orada əkin üçün şərait yaradılır. Sonradan xüsusi gübrələr vurularaq, həmin torpağın məhsuldarlığı artırılacaq. Uğurlu nəticə əldə olunacağı təqdirdə həmin torpaqlar uzun müddət əkin-biçin üçün istifadə ediləcək. Sözügedən proses tamamilə sağlam və zərərsiz şəkildə həyata keçirilir. Bu layihənin COP29 çərçivəsində də önəmli addım olacağına inanırıq”.

Əvvəlki Yazı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

Növbəti Yazı

Media: naməlum şəxs İranın Parisdəki konsulluğunu partlatmaqla hədələyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.