İyun 23, 2025-21:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

2023:11:27 - 12:31
in HADİSƏ
A A

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən və qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, bir neçə rayon sakini polisə müraciət edərək “Instagram” da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər. Müraciətlər dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 19 yaşlı Yaşar Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun xaker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Y.Məmmədovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də ərazi polis orqanına müraciət edə bilərlər.

Əvvəlki Yazı

Fransız hüquqşünas Ben Hassine: İsrailin Qəzzada törətdiyi vəhşilikləri gizlətməyə ehtiyac yoxdur

Növbəti Yazı

Qəzza zolağı yanacağın bölgənin şimalındakı xəstəxanalara hələ də çatmadığını bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.