Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, Suriyanın bütün region üçün terror təhlükəsi mənbəyinə çevrilməsinin qarşısını almaq lazımdır.
“Suriya işlərində təsiri olan bütün ölkələrin vəziyyətin sabitliyinin pozulmasına səbəb ola biləcək addımlardan qaçmaq və vəziyyətin davamlı normallaşmasına nail olmaq üçün səylərini əlaqələndirmək lazımdır. Biz həmişə Suriya ərazisindən geosiyasi rəqabət meydanı kimi istifadə edilməsinə və müxtəlif dövlətlər arasında hesablaşmaya qarşı olmuşuq. Bunun bütün regionda terror təhlükəsi mənbəyi olması bizim ümumi maraqlarımızdadır”, – deyə o bildirib. Braziliyanın paytaxtında keçirilən BRICS ölkələrinin təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrinin iclasının 2-ci sessiyasında çıxış edib. (Tass)