AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Dilarə Adilgilin “Söz səfərinin sarvanları” kitabı nəşr olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 2025-ci il 9 oktyabr tarixli qərarına əsasən nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalələr toplusuna akademik Nizami Cəfərov “Ön söz” yazıb. Kitabın elmi redaktoru XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Sara Osmanlıdır.
Topluda ədəbi portretlər və onların yaradıcılıq səciyyəsi, yeni nəsil ədəbiyyatı, toponimlərə aid məqalələr, türk mətbuatında yayımlanan yazılar yer alıb. Kitabda Mir Cəlal, İmran Qasımov, Həsən Seyidbəyli, Qasım Qasımzadə və digər sənətkarlar haqqında tədqiqatlar da təqdim olunub.
