İyun 17, 2025-7:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir

2024:03:28 - 12:27
in SİYASƏT
A A

Ermənistan hökuməti həm qayıtmağımıza imkan yaratmalı, həm də vurduğu zərərləri kompensasiya etməlidir.

Bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, qərbi azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər törədilib, yüz minlərlə soydaş etnik təmizləməyə məruz qoyulub, öz evlərindən didərgin salınıb: “Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas məqsədi Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdış hüququnun təmin edilməsidir. Təsadüfi deyil ki, İcmanın əsas sənədi məhz Qayıdış Konsepsiyası adlanır”.

Qurum rəsmisi bildirib ki, Qayıdış Konsepsiyasında kompensasiya məsələsinə tamamilə aydınlıq gətirilib: “Ermənistan hökuməti azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir. Ermənistan hökuməti azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir”. Göründüyü kimi, qayıdış hüququ və zorla qovulma nəticəsində dəymiş zərərə görə kompensasiya bir-birini istisna etmir”.

Ü.Zülfiqar vurğulayıb ki, Ermənistan hökuməti azərbaycanlıların həm öz evlərinə qayıtmasına imkan yaratmalıdır, həm də onları vurduğu zərərləri kompensasiya etməlidir: “Bu baxımdan, qayıdış hüququnu kompensasiya məsələsi ilə qarşı-qarşıya qoymaq Ermənistan tərəfinin əbəs cəhdləridir. Xatırladaq ki, Ermənistan hökumətinin bu kimi cəhdləri ilə bağlı Qərbi Azərbaycan İcması ötən ilin avqust ayında xüsusi bəyanatla çıxış etmişdi”.

Əvvəlki Yazı

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək – ŞƏRH

Növbəti Yazı

Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.