London ümid edir ki, ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar ölkələrə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə imkan verəcək. Bu barədə Britaniya hökumətinin başçısı Key Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığında bildirib.
Starmerin ofisinin bəyanatında deyilir: “Baş nazir [Səudiyyə Ərəbistanında] ABŞ-a kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə imkan verəcək danışıqlarda müsbət nəticəyə ümid etdiyini söylədi.
Britaniya Nazirlər Kabinetinin rəhbəri, həmçinin London və Kiyev arasında son telefon danışıqları barədə məlumat verərək, Amerika liderini tərəflərin davamlı sülh ideyasına sadiq olduğuna inandırıb. “Baş nazir bildirib ki, Britaniya rəsmiləri həftə sonu Ukrayna rəsmiləri ilə danışıb və onlar davamlı sülhə sadiqdirlər”, – Downing Street bildirib. (Tass)