Avropa ölkələrinin silahlı qüvvələrinin Ukraynada mümkün yerləşdirilməsi Vaşinqtonun zəmanəti ilə dəstəklənməlidir. Bunu Britaniya mətbuatına müsahibəsində Parisdə Ukrayna ilə bağlı qeyri-rəsmi görüşdə iştirak edən Böyük Britaniyanın baş naziri Key Starmer deyib.
“Davamlı sülh sazişi olarsa, Britaniya qüvvələrinin [Ukraynada] digər ölkələrlə birlikdə yerləşdirilməsini nəzərdən keçirməyə hazıram. Lakin bu, birmənalı olaraq ABŞ tərəfindən dəstəklənməlidir, çünki Amerikanın təhlükəsizlik zəmanətləri Rusiyanın Ukraynaya yenidən hücum etməsinə mane olacaq yeganə şeydir” deyən Starmer, gələn həftə ABŞ Prezidenti Donald Trampla Vaşinqtona səfəri zamanı “davamlı sülhün əsas elementlərini” müzakirə edəcəyini bildirib.
Starmer həmçinin bildirib ki, o, fevralın 14-də Zelenski ilə danışıb və yaxın günlərdə onunla yenidən əlaqə saxlayacaq.