Böyük Britaniyanın baş naziri Key Starmer razılaşan koalisiya liderləri ilə video danışıq zamanı bəyan edib ki, Vladimir Zelenski Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli planının əksər müddəalarını qəbul edib.
“Düşünürəm ki, biz müsbət istiqamətdə irəliləyirik. Volodimir Zelenskinin mənimlə söhbətində dediyi kimi, mətnin böyük hissəsinin qəbul oluna biləcəyinə dair sübutlar var”, – Britaniyanın baş naziri deyib. Onun çıxışının bir hissəsi Sky News -da yayımlanıb. (Tass)
