Almaniya prezidenti Frank-Valter Ştaynmayer Berlində İsrailin keçmiş baş naziri və parlament müxalifətinin lideri Yair Lapid ilə görüş keçirib, görüşdə tərəflər Qəzza zolağındakı mövcud vəziyyəti və girovların azad edilməsi problemini müzakirə ediblər.
“Almaniya prezidenti [Frank-Valter] Ştaynmayer bu gün Berlində İsrailin keçmiş baş naziri [Yair] Lapid ilə görüşüb (2022-ci il iyulun 1-dən dekabrın 29-dək vəzifədə olub – TASS qeydi). Onlar HƏMAS yaraqlılarının İsrailə hücumunu, girovların taleyini və davam edən münaqişədə mövcud vəziyyəti müzakirə ediblər”, – Almaniya prezidentinin nümayəndəsi Kerstin Qammelin X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb. (Tass)