Hazırda NATO-nun bütün növ silahlı qüvvələrində yüksək hazırlıq vəziyyətində olan 500 min nəfər var. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Bu gün bizim yüksək hazırlıq vəziyyətində olan 500 min əsgərimiz var ki, bu da ilkin olaraq qarşıya qoyulan hədəfdən xeyli çoxdur”, – deyə o qeyd edib ki, bu sayı silahlı qüvvələrin bütün qollarını əhatə edir. (Tass)