Alyansın baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib ki, NATO üzv ölkələri üçün dərhal hərbi təhlükə görmür.
“NATO ölkələri özləri üçün heç bir təcili hərbi təhlükə görmürlər” deyən o, bunun ittifaq dövlətlərinin hərbi xərclərinin kəskin artması ilə izah oluna biləcəyini vurğulayıb.
“Hərbi hücum təhlükəsini dərhal görməsək də, hibrid və kiber təhlükələr qalmaqdadır. Biz bu riskləri diqqətlə izləyirik və Rusiya ilə sərhəddə ayıq-sayıq nəzarət edirik”, – o vurğulayıb. (Tass)