NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans ölkələri Rusiyanın alyans ərazisində həyata keçirdiyi iddia edilən “gizli düşmənçilik hərəkətlərinə” cavabı “yaxın əlaqələndirəcək” və belə iddia edilən hərəkətlərin “alyansın Kiyevə dəstəyi azaltmasına səbəb olmayacaq”.
“NATO Rusiyanın alyans ölkələrində gizli fəaliyyətinə qarşı ayıq-sayıq qalmalıdır. Ötən həftə Almaniya casusluq və təxribatda ittiham olunan bir neçə şəxsi həbs edib. Bu gün Böyük Britaniyada 5 nəfərə Rusiyanın xeyrinə düşmənçilik fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb. “Bu hərəkətlər təhlükəli və qəbuledilməzdir, onlar bizim Ukraynaya yardım göstərməyimizə mane olmayacaq və biz NATO ölkələrinə qarşı istənilən düşmənçilik hərəkətlərinə cavabımızı yaxından əlaqələndiririk”, – Stoltenberq Almaniya kansleri Olaf Şolzla görüşmək üçün Almaniyaya səfəri zamanı jurnalistlərə bildirib. (Tass)