NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukrayna Rusiya Federasiyasının beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək imkanına malik olmalıdır.
“Müttəfiqlərin Ukraynaya tədarük etdikləri silahların istifadəsinə tətbiq etdikləri bəzi məhdudiyyətləri aradan qaldırıb-qaldırmamaq barədə düşünməyin vaxtı çatıb”, – o, Britaniyanın The Economist jurnalına müsahibəsində deyib.
Bununla yanaşı, Stoltenberq NATO ölkələrinin öz hava hücumundan müdafiə sistemlərindən istifadə edərək Ukrayna üzərində Rusiya raketlərini vurması fikrini rədd edib. O, həmçinin alyans qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxıb. “Bizim Ukraynaya NATO-nun quru qoşunlarını göndərmək niyyətimiz yoxdur”, – deyə o bildirib. (Tass)