NATO-nun Ukraynaya əsgər göndərmək planı yoxdur. Bu barədə Alyansın baş katibi Yens Stoltenberq Associated Press agentliyinə müsahibəsində bildirib.
“NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən etmişik və genişmiqyaslı əməliyyat başlayandan bəri artırmışıq. Lakin NATO hərbi qüvvələrini Ukraynaya göndərmək planımız yoxdur”, – o deyib. (Tass)