NATO-nun baş katibi Yens Stoltenberq Amerika mediasının Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək niyyəti ilə bağlı yayılan xəbərlərini şərh etməkdən imtina edib.
“Mən indiki mərhələdə Amerika mediasının xəbərlərini şərh etməyəcəyəm” deyə o, NATO müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Ryabkovun TASS- a verdiyi məlumata görə , Rusiya Federasiyasının kosmosa nüvə silahı yerləşdirmək planları ilə bağlı şayiələri şərh edərkən, Birləşmiş Ştatlar Rusiyaya yaraşmayan hərəkətlər və niyyətlər yazır. Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan fevralın 15-də Nümayəndələr Palatasında ölkənin milli təhlükəsizliyinə ehtimal edilən təhdidləri müzakirə etmək üçün brifinq keçirəcəyini bildirmişdi. ABC televiziya şirkəti bunun Moskvanın kosmosa nüvə silahı yerləşdirmə planları ilə bağlı ola biləcəyini iddia edib . “The New York Times” rəsmilərə istinadən qeyd edib ki , biz hələlik yalnız Rusiyanın potensial planlarından danışırıq və bu layihə “hələ inkişaf mərhələsindədir”. (Tass)