Finlandiya prezidenti Alexander Stubb Birləşmiş Ştatların hazırkı siyasətini Helsinki və Avropa üçün çağırış adlandırıb.
“Bizim yaxın müttəfiqimiz ABŞ-ın xarici siyasəti hazırda çoxtərəfliliyə deyil, sövdələşmələrə əsaslanır. Bu, Finlandiya və Avropa üçün çağırışdır”, – o, Finlandiya parlamentinin yaz sessiyasının açılışında çıxış edərkən deyib.
Stubbın sözlərinə görə, qlobal çağırışlar Avropa və ABŞ arasında sıx əməkdaşlıq tələb edir. “Avropa öz prinsiplərinə güzəştə getmədən əməkdaşlıq imkanları təklif etməlidir”, – o, yekunlaşdırıb. (Tass)