Sudandakı Çevik Reaksiya Qüvvələri (RRF) dərhal atəşkəs üçün hazırlıqlara başlayıb. Bu barədə RİA Novosti agentliyi Əddis-Əbəbədə RRF və “Takaddum” vətəndaş demokratik qüvvələri arasında aparılan danışıqların yekunlarına dair bəyannaməyə istinadən xəbər verir.
Qeyd olunur ki, bu danışıqlar Sudanın keçmiş baş naziri Abdalla Hamdokun təşəbbüsü ilə baş tutub.
Sənəddə deyilir: “Sürətli Reaksiya Qüvvələri Sudan silahlı qüvvələri ilə birbaşa danışıqlar yolu ilə ilkin şərt qoyulmadan hərbi əməliyyatların dərhal dayandırılması üçün hazırlıqlara başlayıb.
Bəyannamədə həmçinin aydınlıq gətirilir ki, RRF bu addımları milli, regional və beynəlxalq nəzarət altında tam atəşkəs haqqında sazişin həyata keçirilməsinə nail olmaq üçün edir. (Lenta.ru)