İyun 18, 2025-9:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sudan qanunsuz istifadəyə görə cərimələr sərtləşdiriləcək

2025:04:23 - 12:59
in İQTİSADİYYAT
A A
“Ölkənin aqrar sahəsinin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. 2024-cü ildə suvarma üçün 9 milyard 256 milyon kubmetr su götürülüb, ondan 2 milyard 500 kubmetrə yaxın su itkiyə gedib”.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.

O bildirib ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasında çətinliklərlə bağlı addımlar atılır, su bölgüsü cədvəllərində operativ qaydada dəyişikliklər edilir: “Azərbaycanın daxili çayları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər payanıb. Daşqın sularının yalnız 10-15%-i suvarma üçün istifadə edilə bilir, qalanı çaylara axıdılır. 4800 km suvarma kanallarının tikinti və bərpası həyata keçirilib. Son illərdə 3040 ədəd artezian quyusu istifadəyə verilib. Hazırda bir sıra su anbarlarının tikintisi, Şirvan suvarma kanallının yenidən qurulma işləri həyata keçirilir, Qarabağ kanalının layihəsi işlənir. Qeyd edilən tədbirlərdən sonra 556 min hektar sahədə su təminatı yaxşılaşdırılıb, 200 min hektardan artıq yeni suvarılan torpaq əkin sahələrinə əlavə edilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə son 3 ilin proqnoz göstəriciləri əsasında azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi ilə bağlı fəaliyyət əlaqələndirilib. Qarabağ və Şərqi Zəngəzurda olan su ehtiyatları əsasında elektron su xəritəsinin hazırlanmasına başlanıb. Cərimələrin yenidən sərtləşdirilməsi istiqamətində işlər davam etdirilir. Su limitinə riayət olunması, götürülən suların düzgün bölüşdürülməsi itkilərin azalmasına səbəb olacaq.

Sudan istifadəyə nəzarətin gücləndirilməsi, cərimə mexanizminin yenidən işlənməsi və sərtləşdirilməsi, mühafizə zolaqlarının zəbt olunmasının qarşısının alınması, çaylarda karxanaların fəaliyyətinə nəzarətin artırılması üçün mühüm addımlar atılmadadır.

Ölkəmizdə müasir suvarma sisteminin tətbiqi təqribən 10% təşkil edir. 2040-cı ildə su təminatının 100%-ə çatdırılması hədəflənir. Torpaqlarımız işğaldan azad olunandan sonra su təsərrüfatı və aqrar sahədə yeni dövr başlanır. Azad edilmiş ərazilərdə çoxlu su resursları mövcuddur”.

Firuzə

Firuzə Vahid

Əvvəlki Yazı

Sabah bəzi yerlərdə yağış yağacaq

Növbəti Yazı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.