Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadə deyib.
Əməkdar artist ailəyə, böyüklərə, qadına olan hörməti filmlərimizlə bütün dünyaya çatdırmağın mümkünlüyünü bildirib: “Çox istəyirik ki, bu dəyərləri kino dili ilə dünyaya çatdıraq. Çünki kino elə bir mədəniyyətdir ki, onun dili yoxdur, görürlər və hər şeyi qəbul edirlər. Ümidimiz çox böyükdür. Ümumiyyətlə, Türk dünyası hər bir sahədə olduğu kimi, kino sahəsində də birləşir və bu, hamımız üçün müsbət cəhətdir”.