İyun 13, 2025-6:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə Qurban Bayramında şəhid və qazi ailələri ilə görüş olub

2025:06:06 - 17:13
in Din və fəlsəfə
A A

Sumqayıt Bələdiyyəsi fəaliyyətində hər zaman vətəndaş məmnuniyyətini əsas prinsip kimi müəyyənləşdirib. Bələdiyyə sakinlərlə birbaşa və daimi ünsiyyətə, onların sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Bu çərçivədə görülən işlər təkcə gündəlik fəaliyyətlərlə məhdudlaşmır, həm də əlamətdar günlərdə və bayramlarda humanitar aksiyalarla müşayiət olunur.

Artıq ənənəyə çevrilmiş “Qurban Bayramı” tədbiri bu il də Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə keçirilib. Bayram münasibətilə şəhər ərazisində yaşayan şəhid ailələri, qazilər, aztəminatlı ailələr, sosial sahədə çalışan işçilər və bələdiyyə əməkdaşları diqqətdən kənarda qalmayıblar. Ümumilikdə 160-a yaxın ailəyə bayram sovqatları təqdim olunub.

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə üzvləri və aparatın əməkdaşları şəhid ailələrinin evində olublar. Onlar ailələrin qayğı və ehtiyaclarını dinləyiblər. Adil Xudadatov bildirib ki, Sumqayıt Bələdiyyəsi şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara olan yüksək ehtiramı Sumqayıt şəhərində də davam etdirilir.

Bələdiyyə tərəfindən şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət olunur, onların sosial-məişət problemlərinin həllinə yardım göstərilir. Ailə üzvlərinin məşğulluğu, təhsili, sağlamlığı və digər gündəlik ehtiyacları daim diqqətdə saxlanılır. Eyni zamanda, xüsusi günlərdə – Anım Günü, Qələbə Günü, Novruz bayramı və digər əlamətdar tarixlərdə bu ailələrə mənəvi və maddi dəstək göstərilir.

Şəhid ailələri də onalar göstərilən diqqətə görə, təşəkkür ediblər.

Sumqayıt Bələdiyyəsi bu cür aksiyaların təkcə maddi deyil, mənəvi baxımdan da böyük əhəmiyyət daşıdığını vurğulayır. Bayram günlərində sosial qruplara xüsusi diqqətin göstərilməsi həm milli-mənəvi dəyərlərimizin yaşadılması, həm də cəmiyyətimizdə həmrəylik hissinin gücləndirilməsi baxımından mühüm rol oynayır.Apa

Əvvəlki Yazı

Azərbaycan XİN İsveçi Milli Günü münasibətilə təbrik edib

Növbəti Yazı

ADSEA-nın Təlim və İnnovasiyalar Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.