May 21, 2025-0:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayacaq yeni müəssisələrin vaxtı açıqlanıb

2023:10:24 - 12:00
in İQTİSADİYYAT
A A

Dünən Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş 2 müəssisə – “Çinar-Servis” İKF və “Kartaş Kimya” müəssisələrin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

O qeyd edib ki, müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

E. Nuriyev deyib ki, Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: “İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi – təqribən 34,7 %-i ixracın payına düşür”.

O vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib: “Bunun da 674,4 milyon manatlıq (32,1%) hissəsi ixrac edilib. Sumqayıt Kimya Sənaye Parkında hazırda 6 600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2 000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”.

Əvvəlki Yazı

Azərbaycan Prezidenti İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib – YENİLƏNİB

Növbəti Yazı

Ombudsman AŞ-nin komissarını azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsinə kömək göstərməyə çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.