Mayın 15-də saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisədən sonra zərərçəkən şəhər polis idarəsinin 4-cü polis bölməsinə müraciət edib.Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlqar Şirinov saxlanılıb.Faktla bağlı araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.