Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 26.08.2024-cü il tarixində 1971-ci il təvəllüdlü kişi cinsli şəxs hospitalizasiya olunub.
Mərkəzdən “Report”un yerli bürosuna bildirilib ki, qarının ön divarının boşluğa nüfuz etməyən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilən şəxs əməliyyat olunaraq zəruri tibbi yardım göstərilib.
“Vəziyyəti əməliyyata uyğun stabildir”, – məlumatda qeyd olunub.