Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
“Report”un Sumqayıt bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
Sumqayıtda yanan tikilinin narkotik istifadələri üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
“Report”un Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
Sumqayıtda tikilidə yanğın başlayıb.
“Report”un xəbərinə görə, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən “Report”a fakt təsdiqlənib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.