Avqust 17, 2025-17:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Sumqayıtda veteranlarla görüş keçirilib

2024:01:13 - 12:10
in SOSİAL
A A

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində veteranlarla görüş keçirilib.Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Report” un yerli bürosu məlumat verir ki,görüşdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlarımızın cəmiyyətdəki rolundan, onların üzərinə düşən vəzifələrdən danışıb.

Polkovnik qeyd edib ki, veteranlar hər zaman Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləyib, dövlət başçısının hər bir çağırışına səs verib:

“Veteranlarımızın 44 günlük Vətən müharibəsində, habelə ondan əvvəlki və sonrakı antiterror tədbirlərində böyük fədakarlıqlar göstərdiyi, öz qəhrəmanlıqları ilə tarix yazdığı heç kimə sirr deyil. Prezident İlham Əliyev bütün çıxışlarında şəhidlərimizin, veteranlarımızın tarixi qələbəmizdəki rolundan ətraflı bəhs edib, onların qəhrəmanlığını bütün dünyaya örnək adlandırıb”.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də şəhid ailələri və qazilərin, eləcə də müharibə iştirakçılarının sosial müdafiəsidir.

Diqqətə çatdırılıb ki, Sumqayıtda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir, onların sosial təminatının və yaşayış imkanlarının artırılması istiqamətində işlər görülür.

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.

Digər çıxış edənlər təşkil edilən tədbirin əhəmiyyətindən danışıblar.

Əvvəlki Yazı

Naxçıvanda seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılır

Növbəti Yazı

Rəşad Mahmudov: İnanıram ki, hər bir azərbaycanlı bizə qürur hissi yaşadan Prezidentinə dəstək nümayiş etdirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.