Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı çatıb.
“Report”un Ağdərə rayonuna ezam olunan əməkdaşının verdiyi məlumata görə, Suqovuşan kəndinə Tərtər rayonundan yola salınan köç karvanı artıq kəndə çatıb.
Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Bu mərhələdən sonra Suqovuşana köçürülən ailələrin sayı 73-ə çatdırılıb