May 12, 2025-1:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Suqovuşan qəsəbəsindəki istirahət parkında 5 minə yaxın ağac və kol əkilib

2023:10:16 - 13:45
in İQTİSADİYYAT
A A

Prezident İlham Əliyevin oktyabrın 15-də açılışını etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki istirahət parkında geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova parka təşkil olunmuş mediaturda bildirib.

O, qeyd edib ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında park yaradılıb, əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Həmçinin ərazisi 7,5 hektar olan parkda turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb.

Bundan başqa, A.Hüseynovanın sözlərinə görə, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Əvvəlki Yazı

HƏMAS-ın silahlı qanadı Təl-Əvivə növbəti zərbələr endirəcəyini açıqlayıb

Növbəti Yazı

Bayden 18 və ya 19 oktyabrda İsrailə səfər edə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.