Suriya ordusunun hava hücumundan müdafiə sistemləri Hələb şəhərinin qərbində hərbi obyektə hücum etməyə cəhd edən kamikadze pilotsuz təyyarəni vurub.
“Əl Vətən” qəzetinin yazdığına görə , pilotsuz təyyarə “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının silahlıları tərəfindən buraxılıb.
Dekabrın 24-də Suriyanın hava hücumundan müdafiə qüvvələri Hələb və Həma ətrafı səmalarında 7 pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb. Nəşrin məlumatına görə, PUA-ların heç biri yer hədəflərini vura bilməyib.
Suriya ordusunun artilleriyası şimaldakı deeskalasiya zonasında atəşkəsin dəfələrlə pozulmasına cavab olaraq ağır silahlarla ekstremistlərin mövqelərinə zərbələr endirib. “Al Watan”ın məlumatına görə, Cəbel əz-Zaviyə dağlıq ərazisində, həmçinin Kensarfa, Sufuhan, Əl-Bəra və Əl-Fteyra yaşayış məntəqələrində düşmənin komanda məntəqələri və arxa dayaq məntəqələri məhv edilib. Nəticədə yaraqlılar ölən və yaralananlarla itki verib. (Tass)