Keçid hökuməti çərçivəsində fəaliyyət göstərən Suriya Daxili İşlər Nazirliyi devrilmiş prezident Bəşər Əsəd rejiminin üzvlərini silahlarını dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırıb.
“Bütün ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində davam edən səylərimizin bir hissəsi olaraq, keçmiş rejimin üzvlərini və ya müxtəlif ərazilərdə devrilmiş rejimdən qalan silahları aşkar etmiş vətəndaşları bu silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırırıq”. Bu barədə SANA departamentə istinadən məlumat yayıb. (Tass)