Suriya müxalifəti ölkədə siyasi nizamlanma prosesi başlayana qədər Suriya hakimiyyətinə qarşı çıxmaqdan əl çəkməyəcək. Eyni zamanda, o, hətta sabahdan etibarən rəsmi Dəməşqlə danışıqlara hazırdır, deyə Suriya müxalifətinin Milli Koalisiyasının lideri Hadi əl-Bəhra bildirib.
“Rejim [Bəşər Əsəd administrasiyası] BMT prosesinə və siyasi keçid prosesinə qoşulmayana qədər dayanmayacağıq, hətta sabahdan etibarən danışıqlara hazırıq”, – deyə bir haber telekanalı müxalifət nümayəndəsindən sitat gətirib. (Tass)