Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa bildirib ki, yeni hakimiyyətlər ölkədə silahlara nəzarətin yaradılmasını prioritet hesab edirlər.
“Bizim prioritetlərimiz silahlara nəzarət və onların dövlətin əlində cəmləşdirilməsidir”, – SANA xəbər agentliyi onun sözlərindən sitat gətirir.
Əl-Şaraa görə, Suriyadakı bütün qüvvələr “ölkənin birliyini vurğulayır, onun bölünməsini və ya hər hansı bir hissəsinin ayrılmasını rədd edir”. O qeyd edib ki, hazırda Suriyanın şimal-şərqindəki problemin həlli üçün [kürd] “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə danışıqlar aparılır.
“SDQ silahları dövlətin əlində cəmləşdirməyə hazır olduğunu bildirib, lakin bəzi detallarda hələ də fikir ayrılıqları var”, – əl-Şara vurğulayıb.
Kürdlər Ərəb Respublikası ərazisinin 25%-nə, o cümlədən Rakka və Həsəkə əyalətlərinin əksəriyyətinə, həmçinin neft yataqlarının yerləşdiyi Deyr əz-Zor əyalətinin şimal-şərqinə nəzarət edirlər. 2015-ci ildən bəri ABŞ SDQ-nin nəzarətində olan ərazilərdə ən azı doqquz hərbi baza yaradıb. (Tass)