Suriya prezidenti Bəşər Əsədin Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Bu barədə Ərəb Respublikası rəhbərinin ofisi öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, söhbətdə iki ölkə liderləri “sektordakı mülki şəxslərə humanitar yardımın təcili çatdırılmasının vacibliyini vurğulayıblar”.
Onlar həmçinin Qəzzanın atəşə tutulmasına və onun sakinlərinin məcburi köçkünlüyünə son qoymağa çağırıblar. (Tass)