Suriya hərbi qulluqçuları Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə son 24 saat ərzində Hələb və İdlib əyalətlərində terrorçuların 5 qərargahını və 7 anbarını məhv edib. Bu barədə Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
“Son 24 saat ərzində Suriya ordusu Suriyada mövcud olan dost Rusiya qüvvələrinin dəstəyi ilə Hələb və İdlib əyalətlərində terrorçuların hədəflərinə, anbarlarına, təchizat və irəliləmə yollarına raket, artilleriya və hava zərbələri endirməyə davam edib. nəticədə beş qərargah, o cümlədən silah və sursat olan yeddi anbar məhv edilib, onlardan bir neçəsində pilotsuz uçan aparatlar saxlanılıb”, – Suriya Müdafiə Nazirliyinin Facebook səhifəsində dərc olunan mesajda deyilir.
Suriya ordusunun Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Hələb və İdlib əyalətlərinə endirdiyi zərbələr nəticəsində son saatlar ərzində xaricilər də daxil olmaqla 400-dən çox terrorçu məhv edilib.
“Silahlı qüvvələrimizin dost Rusiya qüvvələrinin dəstəyi ilə həyata keçirdiyi dəqiq zərbələr nəticəsində son saatlarda əcnəbilər də daxil olmaqla 400-dən çox terrorçu məhv edilib”, – deyə məlumatda bildirib. (Tass)