Suriya silahlı qüvvələri Rusiyanın dəstəyi ilə səhər saatlarında Ərəb Respublikasının qərbindəki Həma əyalətində xarici döyüşçülər də daxil olmaqla azı 300 terrorçunu məhv edib. Bu barədə Suriya Silahlı Qüvvələrinin Baş Komandanlığı Respublika Müdafiə Nazirliyinin Facebook sosial şəbəkəsində səhifəsində dərc olunmuş bəyanatında bildirilir.
“Silahlı qüvvələrimizin Həmanın şimalında yerləşən bölmələri səhər saatlarından “Həyat Təhrir əş-Şam” adlı qondarma qrup ilə əlaqəli silahlı terrorçu qruplara qarşı şiddətli döyüşlər aparır” mətndə deyilir. Bəyanata görə, Suriya ordusu onlara qarşı artilleriya atəşi, raket hücumları həyata keçirir, həmçinin Rusiya Federasiyasının dəstəyi ilə “hərəkətin bütün istiqamətlərində terrorçuların və onların kolonnalarının cəmləşməsinə qarşı hava zərbələri endirir. Onların sıralarında əcnəbilər də daxil olmaqla ən azı 300 nəfər öldürülüb”. (Tass)