Suriya Silahlı Qüvvələrinin komandanlığı bildirib ki, terrorçu silahlılar ağır itkilərə baxmayaraq, Həma şəhərinin bir neçə məhəlləsinə nüfuz edə biliblər.
“Son saatlarda əsgərlərimizlə terrorçu qruplaşmalar arasında toqquşmaların intensivləşməsi, eləcə də qüvvələrimiz arasında ölənlərin sayının artması fonunda yaraqlılar ağır itkilərə baxmayaraq, şəhərin bir sıra ərazilərinə nüfuz edə biliblər”, – deyə komandanlığın bəyanatında bildirilir.
Suriya ordusu həmçinin bildirib ki, Həmanı əlində saxlayan hökumət qüvvələri “şəhərdən kənara yerləşdirilib”. (Tass)