Suriya ölkənin şimal rayonlarını işğal altında saxlamaqda davam edən Türkiyə ilə münasibətləri normallaşdıra bilmir. SANA agentliyinin məlumatına görə , bunu Ərəb Respublikasının xarici işlər naziri Feysəl Miqdad Dəməşqdə iranlı həmkarı Əli Baqiri Kani ilə birgə mətbuat konfransında deyib.
“Ankara ilə hər hansı dialoqun əsas şərti Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılmasıdır”, – deyə o vurğulayıb: “Biz Türkiyənin işğal olunmuş torpaqlarımızdan çıxarılması və terror təşkilatlarına dəstəyini dayandırması ilə bağlı dəqiq öhdəliklərə malik olmaq istəyirik”.
Baqeri Kani də öz növbəsində qeyd edib ki, “İran Suriyanın ərazi birliyini və onun bütün ərazilərdə suverenliyinin bərpasını dəstəkləyir”. “İran terrorizmin kökünü kəsmək üçün apardıqları mübarizədə Suriya və İraq hökumətləri ilə həmrəydir. (Tass)