Suriya Dağıstanda çoxsaylı günahsız qurbanlara səbəb olan terror aktlarını qətiyyətlə pisləyir. Bu barədə Ərəb Respublikasının Xarici İşlər Nazirliyinin SANA agentliyinin yaydığı məlumatda deyilir.
“Suriya Ərəb Respublikası Rusiya Federasiyasının təhlükəsizliyinə və sabitliyinə təsir edən və onun oğulları arasında nifaq salmağa yönəlmiş hər cür zorakılıq və terrorizmi qəti şəkildə pislədiyini bir daha təsdiqləyir”, mətndə qeyd edilir.
“Suriya dost Rusiya xalqının tərəfində olduğunu və Rusiya Federasiyasının üzləşdiyi çətinliklərə tab gətirə biləcəyinə əmin olduğunu bəyan edir”, – sənəddə vurğulanır.
Suriya Xarici İşlər Nazirliyi həmçinin qeyd edir ki, “Kiyev rejimi qüvvələrinin Amerika istehsalı silahlardan istifadə etməklə Krımda Rusiya vətəndaşlarına raket hücumu kollektiv Qərbin Rusiya Federasiyasının əhalisinə qarşı nümayiş etdirdiyi düşmənçiliyin növbəti təsdiqidir”. (Tass)