Suriyanı 60 ildən artıqdır idarə edən Baas Partiyası respublikadakı fəaliyyətini “sonrakı xəbərdarlığa qədər” dayandırdığını açıqlayıb. Partiya silahlarını Suriyanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinə təhvil vermək qərarına gəlib.
Əmlak və aktivlər müvəqqəti hökumətin Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin nəzarətinə veriləcək. (Tass)