Suriya Xalq Şurasının (parlamentinin) deputatlarının seçilməsi üçün səsvermə prosesi iki saat uzadıldıqdan sonra yerli vaxtla saat 21:00-da başa çatıb. Bu barədə SANA agentliyi Seçkilərə Nəzarət üzrə Ali Məhkəmə Komitəsinin (Seçki Komitəsi) rəhbəri Cihad Murad məlumat verib.
“Xalqın iradəsinin ifadəsi başa çatdıqdan sonra səslərin hesablanmasına başlanılıb”, – deyə hakim bildirib. Muradın sözlərinə görə, “seçkilər heç bir insidentsiz və səsvermə prosedurunun ciddi pozulması olmadan baş tutub”.
250 deputat mandatı uğrunda mübarizədə ölkənin bütün regionlarını təmsil edən 1516 namizəd mübarizə aparıb. (Tass)