Suriya Hərbi Hava Qüvvələrinin Rusiya Federasiyasının dəstəyi ilə Həma və İdlib bölgələrinə endirdiyi zərbələr nəticəsində son bir neçə saat ərzində onlarla terrorçu məhv edilib. Bu barədə Ərəb Respublikasının Müdafiə Nazirliyi özünün “Facebook” səhifəsində məlumat yayıb.
“Suriya və Rusiya hava qüvvələrinin Həma və İdlib bölgələrində yaraqlıların cəmləşdiyi yerlərə və kolonnalara endirdiyi zərbələr nəticəsində son bir neçə saat ərzində onlarla terrorçu məhv edilib”, – deyə məlumatda bildirilir. Bundan əlavə, Müdafiə Nazirliyinin məlumatına görə, maşın və texnika məhv edilib. (Tass)