İsrail səhər tezdən Suriya ordusunun Deyr əz-Zor əyalətindəki mövqelərinə raket zərbələri endirib. Bu barədə SANA agentliyinə Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsi məlumat verib .
Onun sözlərinə görə, İsrailin hücumu nəticəsində iki əsgər yaralanıb və maddi ziyan dəyib.
“Deyr əz-Zor şəhəri yaxınlığındakı hərbi hədəflərə aqressiv hücum həyata keçirilib”, – sözçü bildirib.
Dubaydan yayımlanan Al Hadath telekanalının məlumatına görə , İsrail raketləri İraqla həmsərhəd Bu Kemal şəhərində yerləşən şiə birləşmələrinin komanda məntəqəsi və anbarlarına zərbələr endirib. Onun məlumatına görə, Suriya ordusunun tərəfində vuruşan şiə döyüşçülər canlı qüvvə və texnika itkisinə məruz qalıb. (Tass)