Bu gün səhər tezdən Suriyanın şərqindəki Əl-Ömər neft yatağında yerləşən ABŞ hərbi bazasına ən azı 15 raket atılıb. Al Mayadeen telekanalının verdiyi məlumata görə , bu hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” şiə hərəkatı üzərinə götürüb.
Onun qoşunları daha əvvəl Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı Amerika bazasına hücum edib.Onun ərazisinə altı raket atılıb. Hücumların nəticələri barədə ətraflı məlumat verilmir. (Tass)