Suriyanın Deyr əz-Zor əyalətində Əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb. Bu barədə Al-Mayadeen telekanalı məlumat yayıb. Onun sözlərinə görə, Amerikanın hərbi obyektində bir neçə güclü partlayış baş verib. Tələfat və maddi ziyanla bağlı hələlik məlumat yoxdur.
Radio Sham FM şahidlərə istinadən xəbər verir ki, şənbə günü ABŞ-ın şimalındakı Malikiyadakı bazaya növbəti hücum edilib.
Onun sözlərinə görə, Suriyadakı Amerika bazalarına qonşu İraqdan əlavə qüvvələr və hərbi texnika ötürülməkdə davam edir. Belə ki, şənbə günü silah və sursat olan iki hərbi nəqliyyat təyyarəsi Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Cair aerodromuna enib.
Bundan əvvəl Suriyanın şimal-şərqində Koniko qaz yatağı yaxınlığındakı ABŞ bazası raket atəşinə tutulub. Hər iki hücuma görə məsuliyyəti İraq İslami Müqaviməti şiə hərəkatı öz üzərinə götürüb. (Tass)