Suriyada yeni hakimiyyət digər ərəb ölkələri üçün təhlükə yaratmır. Bu barədə onların lideri Əhməd əl-Şaraa (ləqəbi Əbu Məhəmməd əl-Culani ilə tanınır) “Asharq al-Awsat” qəzetinə müsahibəsində bildirib.
“Suriya heç bir ərəb və ya körfəz ölkəsinə hücum platformasına çevrilməyəcək və [onların] narahatlığına səbəb olmayacaq. Bizim Dəməşqdə olmağımız heç kimə təhlükə demək deyil”, – deyə əl-Şara qeyd edib. O əlavə edib ki, yeni hakimiyyət Suriyanı iqtisadi inkişafın yeni səviyyəsinə çıxarmağa çalışır və əməkdaşlığa sadiqdir.
Onun sözlərinə görə, Dəməşq həm də qonşu Livanla “hörmətli münasibətlər” qurmaq niyyətindədir. “Biz Livanın daxili işlərinə qarışmaq istəmirik, çünki ölkəmizdə kifayət qədər işimiz var” deyib. (Tass)