Suriyanın yeni hakimiyyət orqanları ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlunu həbs edib. Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər cinayətlərdə ittiham olunur.
“Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik alverçilərindən biri hesab olunur və köhnə hökumətin cinayətlərində iştirak edib”, – Suriya Daxili İşlər Nazirliyinin Facebook səhifəsində dərc edilmiş bəyanatda deyilir.
SANA agentliyinin mənbələri iddia edir ki, Suriyanın keçmiş prezidentinin əmisi oğlu Livanla sərhəd yaxınlığında saxlanılıb. (Tass)