Dəməşqdə hakimiyyətə gələn silahlı qruplar Qərb ölkələrinin diplomatik nümayəndəlikləri ilə əlaqə saxlayır və Britaniyanın Suriya paytaxtında səfirliyində işin bərpası üçün danışıqlar aparır. Bunu silahlı qruplaşmaların lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) deyib.
“Biz Qərb [ölkələrinin] səfirlikləri ilə əlaqə saxlayırıq və Böyük Britaniya ilə onun Dəməşqdəki nümayəndəliyinin yenidən açılması ilə bağlı danışıqlar aparırıq”, – Suriyanın “ Al Watan” qəzeti onun sözlərindən sitat gətirib. (Tass)