Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraa (ləqəbi Əbu Məhəmməd əl-Culani ilə tanınır) beynəlxalq ictimaiyyəti Suriyada “İsrail eskalasiyasını” dayandırmağa çağırıb. O, bu barədə Suriya telekanalının efirində bildirib.
“İsrailin arqumentləri zəifləyib və onun son pozuntularına haqq qazandırmır” deyən əl-Şaraa, İsrailin Colan təpələrində “Suriya ilə demarkasiya xəttini pozduğunu” vurğulayıb. Suriyanın yeni hakimiyyət orqanlarının lideri “beynəlxalq ictimaiyyəti müdaxilə etməyə və bu gərginliyə görə məsuliyyəti öz üzərinə götürməyə” çağırıb və “bölgədəki vəziyyətə nəzarətin və Suriyanın suverenliyinə hörmətin vacibliyini” vurğulayıb.