Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilk xarici səfərini Türkiyəyə etməyi planlaşdırır. Bu barədə hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşr dəqiqləşdirir ki, səfər Suriyanın yeni parlamenti tərəfindən əş-Şaraa dövlət başçısı seçildikdən sonra baş tutacaq. Bundan əvvəl Türkiyə mediası səfərin yaxın günlərdə baş tutmalı olduğunu, lakin əl-Şaraanın proqramında dəyişiklik edildiyi üçün təxirə salındığını yazmışdı.