Müqəddəs Qurban bayramı münasibəti ilə bu gün Şuşa şəhərində bayram namazı qılınıb.
Teleqraf-ın xəbərinə görə, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.
Daha sonra Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə qurbanlar kəsilib, sakinlərə paylanıb.