İyun 17, 2025-0:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şuşa Teatrında ilin sonunadək üç yeni tamaşa hazırlanacaq

2024:08:30 - 12:06
in MƏDƏNİYYƏT
A A

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü sentyabrın 13-də “Dağılan tifaq” tamaşası ilə açacaq.AZƏRTAC xəbər verir ki, ötən mövsümün sonlarında premyerası reallaşan tamaşa Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gündüz Qasımov və başqaları ifa edirlər.İlin sonunadək teatrda biri uşaqlar üçün olmaqla üç yeni tamaşa hazırlanacaq. Hər üç tamaşaya teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov quruluş verəcək.Bunlar yazıçı-dramaturq İlqar Fəhminin “Hacı yağışı” pyesi əsasında komediya, Sevinc Nuruqızının uşaqlar üçün yazdığı hekayələr əsasında maarifləndirici tamaşa və dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Buynuzlu ana maral” hekayəsi əsasında ərsəyə gələcək eyniadlı dram nümunəsidir. Qeyd edək ki, hekayənin səhnələşdirəni də L.Kərimovdur. Uşaq tamaşası məktəblilərin qış tətili günlərində təqdim olunacaq.

Əvvəlki Yazı

Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda Qran-pri mükafatına layiq görülüb

Növbəti Yazı

Dodon Minsk və Kişinyov arasında əməkdaşlığı bərpa etməyə çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.